EN

ÇAXAL İranı nüvə silahı hazırlamaq cəhdində ittiham edib | VİDEO

AzVision.az xəbər verir ki, kəşfiyyat məlumatlarına əsaslanan ÇAXAL-ın (İsrail ordusu) rəsmi saytında yerləşdirilən infoqrafikada Tehranın kritik nöqtəyə yaxınlaşması ilə bağlı məlumatlar qeyd olunub.

“İran zənginləşdirilmiş uranın geniş miqyaslı istehsalı və ölkəyə səpələnmiş yeraltı infrastrukturun istifadəsi sayəsində tez bir zamanda nüvə silahı əldə edə bilər”,- məlumatda deyilir.

İrana hücum bir neçə gün davam edə bilər | VİDEO
İsrail hərbçiləri onilliklər ərzindəmütəxəssislərlə nüvə proqramı üzərində işləyən İranın son illərdə əhəmiyyətli irəliləyişlər əldə etdiyin, son aylarda isə bu inkişafın sürətləndiyini bildirib.

ÇAXAL həmçinin vurulayıb ki, Tehranı diplomatik yolla cilovlamaq üçün beynəlxalq səylər uğursuzluqla nəticələnib və bu, İsrail ordusunu ölkə əhalisini qorumaq üçün öz addımlarını atmağa sövq edib.

İsrailin Fransadakı səfiri Coşua Zarkaisə, ÇAXAL-ın İrana hücumunun bir neçə gün davam edə biləcəyini söyləyib.

Xatırladaq ki, iyunun 13-ə keçən gecə İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. Hücum nəticəsində SEPAH-ın komandiri Hüsüyn Salami də daxil olmaqla İranın 3 generalı və nüvə məsələləri üzrə bir neçə nüvə alim öldürülüb.

Sahil İsgəndərov
AzVision.az
Chosen
14
azvision.az

1Sources