EN

IDF: İranın İatdığı bütün pilotsuz uçuş aparatları zərərsizləşdirilib

İranın İsrailə doğru buraxdığı bütün pilotsuz uçuş aparatları (PUA) zərərsizləşdirilib.

Bakıvaxtı.az “Ynet” portalına istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.

"İsrail ordusu İranın bütün PUA-larını uğurla zərərsizləşdirib", - IDF-dən bildirilib.

Daha əvvəl İranın son bir neçə saat ərzində İsrailə doğru 100-dən çox PUA buraxdığı bildirilmişdi.

Chosen
38
2
bakivaxti.az

2Sources