EN

Onlara 115 min dollar veriləcək

"Air India" şirkətinin sahibi olan "Tata Group" dünən Hindistanda baş verən təyyarə qəzasında yaxınlarını itirən hər ailəyə təxminən 115 min dollar yardım ediləcəyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

"Tata Group" özünün "X" sosial media hesabında "Air India"nın sədri Natarajan Chandrasekaranın açıqlamalarını paylaşıb.

Postda faciəli hadisə ilə bağlı dərin kədər ifadə olunub və yaxınlarını itirən ailələrlə başsağlığı mesajı verilib.

Açıqlamada "Tata Group"un həyatını itirənlərin ailələrinə təxminən 115 min dollar ödəyəcəyi, yaralıların müalicə xərclərinin də qarşılanacağı bildirilib.

Təyyarə qəzasında ziyan dəymiş BJ Tibb Kollecinin inşasına da dəstək veriləcəyi qeyd olunub.

Chosen
13
1
operativmm.az

2Sources