Bakı, 13 iyun, AZƏRTAC
İran hakimiyyəti İsrailin zərbələri nəticəsində İsfahan və Fordo nüvə obyektlərinə zərər dəymədiyi barədə Beynəlxalq Atom Enerjisi Agentliyinə (IAEA) məlumat verib.
AZƏRTAC xəbər verir ki, IAEA-nın direktoru Rafael Qrossi bu barədə özünün sosial media hesabında yazıb.
“İran hakimiyyəti ilə təmaslar təsdiq edir ki, İsfahandakı nüvə obyektinə və Fordo uranın zənginləşdirilməsi mərkəzinə heç bir zərər dəyməyib”, - deyə Rafael Qrossi bildirib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələrinin 200-dən çox qırıcısı gecə ərzində İranda 100-dən çox hədəfə hücum edib.