EN

Aegean Airlines Təl-Əvivə uçuşlarını ləğv etdi- ÖZƏL

Yunanıstanın aparıcı aviaşirkətlərindən biri olan "Aegean Airlines", iyunun 13-nə planlaşdırılmış Təl-Əvivə və Təl-Əvivdən geri istiqamətə olan bütün reyslərini ləğv etdiyini açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə məlumat aviaşirkətin rəsmi internet səhifəsində yayımlanıb.
Aviaşirkətin məlumatına görə, A3924, A3925, A3926, A3927, A3526 və A3527 saylı reyslər bu gün icra olunmayacaq. Ləğv qərarına əsas səbəb kimi regionda son günlərdə baş verən təhlükəsizliklə bağlı gərginlik və qeyri-müəyyən vəziyyət göstərilir.
"Aegean Airlines" bildirir ki, təhlükəsizliyin təmin olunması və sərnişinlərin rifahı şirkət üçün prioritet məsələdir. Mümkün risklərin qarşısını almaq məqsədilə belə qərar qəbul olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
8
olaylar.az

1Sources