EN

Razi Nurullayev: “Qaz təchizatı haqqında” qanun kasıb təbəqəyə təsir etməyəcək

BAKI, 13 iyun. TELEQRAF

“Qaz təchizatı haqqında” qanunda xeyli maraqlı və əhəmiyyətli maddələr var. Ümumi götürsək, görünən budur ki, əsasən kasıb təbəqəyə o qədər də təsir etməyəcək.

Teleqraf xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Qaz təchizatı haqqında" Qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, məsələ kasıbçılıq və varlılıqda deyil:

Qanunun ədalətli olmasındadır. Vətəndaş qaz çəkilişi zamanı, mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayqaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. Indi onlar sabit tarif də ödəməlidir. Yəni istəyirsən qazı işlət, ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu mənə ədalətli yanaşma kimi görünmür. Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxz etmişik? Rusiyada, Gürcüstanda, Türkiyədə, İranda və digər yaxın ölkələrdə bu praktika varmı? Bu qanunu tələsik qəbul etməyək, ciddi müzakirə aparaq, istehlakçıların müzakirəsinə çıxaraq".

Chosen
23
teleqraf.com

1Sources