EN

Sığorta şirkətləri üçün yeni “məcburi qayda” gəlir – İyulun 1-dən qüvvəyə minir

Azərbaycan Mərkəzi Bankının 2025-ci il 19 may tarixli qərarı ilə sığortaçılarda korporativ idarəetmə standartlarına mühüm dəyişikliklər təsdiqlənib.

Valyuta.az xəbər verir ki, bu barədə AMB-nin İdarə Heyətin sədri 2024-cü il 21 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Sığortaçılarda korporativ idarəetmə Standartları”nda dəyişikliklər edilməsi ilə bağlı qərarında qeyd edilir.

Yenilənmiş qaydalar sığorta şirkətlərində hesabatlılıq və şəffaflığın artırılmasını, həmçinin məlumatların ictimaiyyətə açıqlanmasını daha sistemli və əhatəli formaya salmağı hədəfləyir.

Əsas dəyişikliklərdən biri “Fəaliyyət hesabatı” anlayışının tətbiqidir. Hər bir sığortaçı maliyyə vəziyyəti, bazar davranışları və ödəmə qabiliyyəti barədə illik hesabat hazırlayaraq 5 ay ərzində rəsmi internet səhifəsində yerləşdirməlidir. Bu sənədin məzmunu ilə bağlı konkret struktur müəyyən edilib və hesabatın yenilənməsi məcburidir.

Bundan əlavə, “kapital buferi”, “əsas sığorta növləri” və “maliyyə göstəriciləri” kimi anlayışlar Standartlara əlavə edilib. Həmçinin, rüblük hesabatların formatı genişləndirilib və ictimaiyyət üçün əlçatan formada təqdim olunması tələb olunur.

Bu dəyişikliklər 2025-ci ilin üçüncü rübündən tətbiq ediləcək və sığorta bazarının daha şəffaf və etibarlı fəaliyyət göstərməsinə xidmət edəcək.

Chosen
24
3
valyuta.az

4Sources