EN

ABŞ bazalarını hazır vəziyyətə gətirdi –  Böyük savaş başlayır!

Birləşmiş Ştatlar Yaxın Şərqdəki bütün hərbi bazalarını yüksək hazırlıq vəziyyətinə gətirib. Bu barədə ABŞ mediası məlumat yayıb. Maraqlıdır, bu addım hansı geosiyasi məqsədlərə xidmət edir? Əgər bu qərar İsrailin İrana mümkün hücumu ilə bağlı ehtimallar fonunda atılıbsa, ABŞ bu prosesdə birbaşa iştirak etməyə hazırlaşır, yoxsa sadəcə bölgədəki maraqlarını qorumağa çalışır?
 
Mövzu ilə bağlı danışan  politoloq Rüstəm Tağıyev bildirir ki, İsrailin İrana qarşı həyata keçirdiyi PUA və raket hücumları nəticəsində çoxlu sayda nüvə alimi öldürülüb. İrana məxsus atom elektrik stansiyalarına zərbələr endirilib.
Politoloq qeyd edib ki, əsas məqam isə ondan ibarətdir ki, bu zərbələr birbaşa nüvə hazırlanan obyektləri hədəf alır və bu, təbii olaraq İranın maraqlarına ziddir:
“Bu hadisələr fonunda ABŞ birbaşa münaqişəyə qoşulmasa da, bir növ "sipər" rolunu oynayır. Vaşinqton öz mövcudluğunu göstərərək, İran üçün mesaj verir: “Mən buradayam və İsrailin yanındayam”. ABŞ-ın bu mövqeyi, əslində, regionda İrana qarşı psixoloji təzyiq vasitəsidir. Genişmiqyaslı müharibənin baş verib-verməyəcəyi isə İranın atacağı addımlardan asılı olacaq. Əgər İran İsrailə qarşı daha sərt cavab verməyə qərar verərsə, bu zaman qarşıdurmanın regional fəlakətə çevrilmək ehtimalı arta bilər. Artıq İsraildə əhalinin sığınacaqlara daxil olması ilə bağlı xəbərdarlıqlar edilib. Baş nazir Netanyahu bu istiqamətdə yeni təhlükəsizlik tədbirlərinin görülməsi üçün göstəriş verib. Deməli, İsrail tərəfi artıq hücum gözləyir. Sual yaranır: bu hücum hansı formada olacaq? İranın belə bir hücum üçün resursları yetərlidirmi? Güman edilir ki, İran PUA-larla hücuma hazırlaşır. Plan bu ola bilər ki, müəyyən hədəflərə, əsasən də strateji obyektlərə pilotsuz uçuş aparatları vasitəsilə zərbələr endirilsin.
Burada bir mühüm məqam da var: İran və İsrail arasında quru sərhədi yoxdur. Bu səbəbdən də mübarizə birbaşa hərbi toqquşma formasında deyil, əsasən kəşfiyyat savaşları və PUA hücumları ilə aparılır. Çünki quru əməliyyatlarının həyata keçirilməsi hərbi baxımdan çox çətindir və ekspertlərin fikrincə, bu, real deyil. Hadisələrin genişmiqyaslı münaqişəyə çevrilməsi isə tamamilə tərəflərin qarşılıqlı reaksiyalarından asılıdır. Hər şey İranla İsrailin bir-birinə hansı dərəcədə və hansı intensivlikdə cavab verəcəyindən asılı olacaq. Eyni zamanda, bu məsələdə ABŞ-ın hansı mövqedə dayanacağı da həlledici rol oynayacaq. Hazırda Birləşmiş Ştatlar İsrailə tam dəstək nümayiş etdirir. Amma gələcəkdə bu dəstəyin nə qədər davam edəcəyi və hansı formaya keçəcəyi müşahidə olunacaq. Amma bu, hələ ki, qeyri-müəyyənlik müşahidə edilir və regiondakı vəziyyət İranın göstərəcəyi reaksiyalardan asılı olaraq dəyişə bilər”.
 
Mehin Mehmanqızı
 
Chosen
7
moderator.az

1Sources