EN

İran Baş Qərargahı: “İsrail bütün qırmızı xətləri keçdi – cavab zərbəsi üçün artıq heç bir məhdudiyyət yoxdur”

İran Silahlı Qüvvələrinin Baş Qərargahı İsrailin son hərbi hücumlarına sərt reaksiya verib.


Musavat.com xəbər verir ki, İran Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanata görə, İsrail "bütün qırmızı xətləri keçib" və bundan sonra Tehranın cavab tədbirləri üçün heç bir hüquqi və ya strateji məhdudiyyət qalmayıb.

“Qüdsü işğal etmiş terrorçu rejim bütün qırmızı xətləri keçdikdən sonra, bu cinayətə cavab olaraq atılacaq addımlar qarşısında artıq heç bir məhdudiyyət yoxdur. İlahi qisasın əli bu qəddar terrorçu rejimi və onun tərəfdarlarını cəzalandıracaq,” – deyə bəyanatda vurğulanır.

Musavat.com

Chosen
4
musavat.com

1Sources