EN

İsrail ordusu İrana məxsus PUA-ları ələ keçirməyə başlayıb

İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir ki, İsrail ordusu İsrail hava məkanından kənarda İrana məxsus pilotsuz uçuş apparatlarını (PUA) ələ keçirməyə başlayıb. Televiziyalar bildiriblər ki, PUA-lar Səudiyyə Ərəbistanı, İordaniya və Suriya üzərində məhv edilir.

İordaniyanın dövlət xəbər agentliyi “Petra” xəbər verib ki, İordaniya silahlı qüvvələri ölkənin hava məkanına daxil olan bir neçə raket və PUA-ları ələ keçirib.

İsrail Müdafiə Qüvvələri daha əvvəl bildirmişdi ki, İrandan İsrailə doğru 100-dən çox PUA buraxılıb və İsrail Hərbi Hava Qüvvələri onların qarşısını almaq üçün çalışır. Bu barədə xüsusilə “Times of Israel” xəbər portalı məlumat verib və əlavə edib ki, belə dronların İrandan İsrailə çatması orta hesabla yeddi saat çəkir.

Portal əlavə edib ki, bir saat əvvəl İraq ərazisi üzərində PUA-lar aşkarlanıb.

Əvvəllər İsrailin cümə günü səhər saatlarında İrana zərbələr endirdiyini və hədəflərinin nüvə və hərbi obyektlər olduğunu bildirmişdik.

Almaz Həsənli

Chosen
3
oxumeni.az

1Sources