EN

ING: Azərbaycanda valyuta dəhlizi ticarət profisitinin azalması fonunda diqqət obyektinə çevrilə bilər

Azərbaycanda valyuta dəhlizinin azalan ticarət profisiti və enerji bazarında artan qeyri-müəyyənlik fonunda qorunması zamanla ölkənin valyuta bazarına marağı artıra bilər.

Bu barədə “Report” Niderlandın ən böyük bank qrupu olan “ING Group”un icmalına istinadən xəbər verir.

ING-nin təhlilinə görə, MDB-nin 4 ölkəsi - Azərbaycan, Ermənistan, Özbəkistan və Qazaxıstan - milli valyutaların ümumi möhkəmlənməsinə baxmayaraq, artan inflyasiya riskləri ilə üzləşirlər.

"Qlobal volatilliyin bir qədər azalması səbəbindən bazarların diqqəti yenidən daxili çağırışlara yönəlib. Regionun valyutaları ABŞ dollarına qarşı möhkəmlənir. Lakin onların artımını daxili makroiqtisadi və siyasi amillər məhdudlaşdırır. Eyni zamanda, inflyasiya təzyiqi güclənir və mərkəzi banklar üçün çətinliklər yaradır", - ING-nin hesabatında bildirilib.

Son dörd həftə ərzində dollara sərt şəkildə bağlı olan Azərbaycan manatı istisna olmaqla, MDB-nin 4 ölkəsinin valyutaları ABŞ valyutasına qarşı 1,5-2 % möhkəmlənib. Analitiklər qeyd ediblər ki, bu əsasən xammal aktivlərinin qiymətlərinin artması fonunda dolların ümumi zəifləməsini əks etdirir: “Brent” markalı neft 6-7 %, qızıl 1% bahalaşıb, Rusiya rublu isə 3 % möhkəmlənib.

Məlumat yenilənir

Chosen
10
1
report.az

2Sources