ABŞ İsrailə İrana zərbə endirmək üçün “yaşıl işıq” yandırıb və ABŞ hökuməti yəhudi dövlətinə hücuma görə məsuliyyət daşıyır.
Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Araqçi bildirib.
"Bu hücum ABŞ-nin koordinasiyası və yaşıl işığı olmadan baş tutmazdı. İsrailin əsas müttəfiqi kimi ABŞ hökuməti bu hərəkətlərin ağır nəticələrinə görə məsuliyyət daşıyır".