EN

Hansı ölkələrdə istilik, qazla bağlı bu üsullardan istifadə olunur? Deputatdan ETİRAZ

Lent az saytına istinadən ain.az xəbər verir.

Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi “Azəriqaz” İstehsalat Birliyi və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətində bununla xərcləri aradan qaldıra bilməyəcək.

Lent.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsində deputat Əli Məsimli deyib.

“Hansı ölkələrdə istilik, qazla bağlı bu dərəcə inhisarlaşmış şəraitdə bu üsullardan istifadə olunur? Buradan belə məntiq çıxır ki, indi olmasa da, növbəti mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə istiliklə, qazla və bağlı bu dərəcədə inhisarlaşmış şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki kimi keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar çoxdur. Rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi, belə şeylərlə “Azriqaz” və “Azərenerj”inin xərclərini tamamlamaq mümkün olmayacaq. Bu yenilik qəbul olunandan sonra onun maliyyə tutumu nə qədər olacaq?

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə, qazları var istifadə edə bilməyib qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Məntiq haradadır ki, qazın pulunu ödəyə bilməyib qazı bağlayır, odun ala bilmir, həyətindəki ağacı kəsir və ona əlavə deyəsən ki, işlətmədiyin qaza görə pul ödəməlisən?! Burda heç bir məntiq görmürəm. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə gəlirlərimiz də azalacaq, həmin “Azəriqaz”, “Azerenerji” kimi qurumlara dövlət vəsaiti dəstək verə bilməyəcək. Bu, optimal üsul deyil. Optimal üsul həmin sahələrdə islahatlara getməkdir”, - deyə deputat əlavə edib. (APA)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
lent.az

1Sources