EN

Türkiyə PA-dan İsrailin İrana hücumuna münasibət

BAKI, 13 iyun. TELEQRAF

İsrail tərəfindən İrana qarşı ötən gecə həyata keçirilən hücumu qətiyyətlə qınayır, İran xalqına və dövlətinə başsağlığı diləklərimizi çatdırırıq.

Teleqraf xənər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Komminikasiya İdarəsinin rəhbəri Fahrettin Altun sosial media deyib.

"Bu hücum, soyqırımçı Netanyahu rəhbərliyinin region və dünya sülhü üçün nə qədər təhlükəli bir hala gəldiyini beynəlxalq ictimaiyyətə bir daha göstərib.

İsrailin Qəzzaya qarşı həyata keçirdiyi vəhşi təcavüzlə başlayan prosesə beynəlxalq ictimaiyyətin səssizliyi, bütün bölgəni alova bürüyən və dünya sülhünü təhdid edən bir vəziyyətə çevrilib.

Bu nöqtədə, cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın bölgədə sülh naminə İsrailin təcavüzkarlığına qarşı etdiyi xəbərdarlıqların nə qədər haqlı olduğu bir daha aydın olub.

İsrailin bu hücumu enerji təhlükəsizliyindən qlobal iqtisadiyyata, beynəlxalq hüquqdan qlobal diplomatiyaya qədər çoxölçülü şəkildə qiymətləndiriləcək.

Eyni zamanda, beynəlxalq ictimaiyyət artıq region və dünya sülhü üçün hərəkətə keçməli və İsrailin sərhəd tanımayan, məsuliyyətsiz təcavüzkarlığına qarşı qəti mövqe nümayiş etdirməlidir.

Türkiyə olaraq bölgə və dünya sülhü naminə fəaliyyət göstərməyə, İsrailin beynəlxalq hüququ saymayan məsuliyyətsiz davranışlarına qarşı çıxmağa və bu istiqamətdəki səyləri dəstəkləməyə davam edəcəyik",-deyə F.Altun bildirib

Chosen
9
teleqraf.com

1Sources