İsrail Hərbi Hava Qüvvələri İranda ölkəyə doğru istiqamətləndirilən bir sıra ballistik raketləri məhv edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı İsrail Müdafiə ordusunun Mətbuat xidməti yayıb.
“Hərbi Hava Qüvvələri İsrail Dövlətinə istiqamətləndirilmiş ballistik raketləri məhv edib”, - deyə məlumatda qeyd olunub.
Bununla yanaşı, ordu sözügedən raketlərin vurulma anının görüntülərini də yayıb.
Həmin görüntüləri təqdim edirik: