EN

DƏMX: 5 ayda 1800-dən çox əmək hüququ pozuntusu aşkarlanıb

Bu ilin 5 ayında vətəndaş müraciətlərinin araşdırılması zamanı işəgötürənlər tərəfindən 1809 halda əmək qanunvericiliyi tələblərinin pozulduğu aşkarlanıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Əmək Müfəttişliyi Xidmətindən (DƏMX) bildirilib.

Qeyd edilib ki, Xidmət cari ilin 5 ayı ərzində vətəndaş müraciətlərini araşdırarkən işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 137 176 manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Bununla əlaqədar görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

"Müraciətlərin araşdırılması zamanı Xidmət həmçinin 37 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini müəyyən edib. Həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar", - məlumatda vurğulanıb.

Chosen
1
3
report.az

4Sources