EN

Azərbaycan aviasiyada etibarlı tərəfdaş olduğunu bir daha sübut etdi

Bakı. Trend:

Müasir dünyada geosiyasi gərginliklər və regional münaqişələrhava nəqliyyatı sahəsinə ciddi təsir göstərməkdədir. Xüsusilə YaxınŞərqdə - İran, İraq və İsrail kimi ölkələrin hava məkanlarındatətbiq olunan məhdudiyyətlər nəticəsində bir çox beynəlxalqaviaşirkətlər məcburi şəkildə marşrutlarını dəyişməli olur. Bu cürhallarda etibarlı alternativ marşrutların və təhlükəsiz tranzitmərkəzlərinin mövcudluğu qlobal aviasiya sisteminin davamlılığıüçün həyati əhəmiyyət kəsb edir.

Məhz belə bir məqamda Azərbaycan, xüsusilə də Heydər ƏliyevBeynəlxalq Aeroportu, öz strateji mövqeyi və yüksək səviyyəlioperativ imkanları ilə diqqət mərkəzinə çevrilir.

Təkcə bu gün səhər saatlarında 10-dan çox beynəlxalq reys HeydərƏliyev Beynəlxalq Aeroportuna ehtiyat eniş məntəqəsi kimi operativqərarlar və koordinasiya nəticəsində uğurla eniş edib: Bu reyslərinqəbulu Azərbaycanın aviasiya sistemindəki çevik koordinasiya vəyüksək peşəkarlıq nümunəsi kimi qiymətləndirilməlidir. HəmAzərbaycan Hava Yolları (AZAL), həm də digər müvafiq aviasiyaqurumları qısa zaman ərzində zəruri tədbirləri görərək fövqəladəsituasiyada beynəlxalq aviasiya şirkətlərinə dəstək göstərmiş vəonların fasiləsiz uçuş əməliyyatlarını təmin ediblər. Heydər ƏliyevBeynəlxalq Aeroportunun yüksək texniki səviyyədə təchiz olunması vəmüasir infrastruktur imkanları istənilən tip hava gəmisini qəbuletmək bacarığını nümayiş etdirir. Heydər Əliyev BeynəlxalqAeroportu yalnız regional deyil, həm də qlobal səviyyədə alternativtranzit və təhlükəsiz liman kimi önə çıxarır.

Son illərdə dünyada baş verən geosiyasi hadisələr - o cümlədənRusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə silahlı toqquşmalar və havaməkanlarının tez-tez bağlanması - alternativ və sabit havanəqliyyatı marşrutlarına olan ehtiyacı artırıb. Belə şəraitdəAzərbaycanın hava məkanı, stabilliyi və neytrallığı ilə seçilərəkbeynəlxalq uçuşların daha təhlükəsiz və proqnozlaşdırıla bilənformada həyata keçirilməsi üçün mühüm imkanlar yaradır.Azərbaycanın bu hadisə ilə nümayiş etdirdiyi peşəkarlıq və operativreaksiya onu təkcə regionda deyil, qlobal səviyyədə də etibarlıhava nəqliyyatı tərəfdaşı kimi tanıdır. Bu, eyni zamanda, ölkəninbeynəlxalq aviasiya sisteminə verdiyi töhfənin artmaqda olduğunugöstərir.

Heydər Əliyev Beynəlxalq Aeroportu son illərdə genişləndirilmişinfrastrukturu, beynəlxalq standartlara uyğun təhlükəsizliksistemləri, dayanıqlı uçuş idarəetməsi və sərnişin xidmətləri iləartıq uzun müddətdir ki, regionun lider hava limanlarından birihesab olunur. İndi isə o, fövqəladə hallarda da özünün çevik vəetibarlı olduğunu sübut edir. Nəticədə bütün bu amillərAzərbaycanın aviasiya sahəsində təkcə tranzit ölkəsi kimi deyil,həm də regional sabitliyin və hava nəqliyyatı təhlükəsizliyinintəminatçısı kimi strateji rolunu daha da möhkəmləndirir. Azərbaycantəkcə marşrutlara xidmət göstərmir - o, beynəlxalq aviasiyaictimaiyyətində inamı və etibarı təmsil edir.

Regionda hava nəqliyyatının davamlılığı, proqnozlaşdırılması vətəhlükəsizliyinin təmin olunmasında ölkənin roluəvəzolunmazdır.

Məqalədə:
Chosen
25
1
az.trend.az

2Sources