EN

İrandan rəsmi AÇIQLAMA: Ölən və yaralananların sayı AÇIQLANDI

İsrailin gecə saatlarında endirdiyi zərbələr nəticəsində İranın 12 vilayətində azı 95 nəfər xəsarət alıb, bir xilasedici isə həlak olub.

Musavat.com xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi Möctəba Xalidi məlumat verib.

“Ölkənin 12 vilayətində xilasetmə əməliyyatları davam edir. Hadisə zamanı 95 həmvətənimiz xəsarət alıb və tibbi mərkəzlərə çatdırılıb, daha 26 nəfərə isə hadisə yerində yardım göstərilib. Təəssüf ki, Şərqi Azərbaycan vilayətində xilasedicilərimizdən biri əməliyyat zamanı həyatını itirib. Qəsr-əş-Şirin bölgəsində isə daha bir təcili yardım işçisi yaralanıb və hazırda müalicə alır”, – deyə Xalidinin sözlərini “Tasnim” agentliyi sitat gətirib.

Musavat.com

Chosen
2
musavat.com

1Sources