EN

Əli Məsimli: “Onlara necə deyəsən ki, işlətmədiyin qaza görə xərc ödəməlisən?!”

“Bu qanun layihəsində bir sıra məqamlara yenidən baxılmalıdır. Təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaradılmasına gətirib çıxarılmasını bildirirlər. Amma indidən mətbuatda bu qanun ətrafında xeyli dərəcədə narazılıqlar var. Bu layihədə xeyli dərəcədə ziddiyətli məqamlar var.  Təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks elətdirilməsidir. Növbəti cümlədə deyirlər ki, bu, qiymətlərin artmasına təsir göstərməyəcək.

Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin bugünkü plenar iclaısnda çıxışı zamanı deyib.

O, hansı ölkələrdə qazla, istiliklə bağlı bu dərəcədə inhisarlaşmış bir şəraitdə bu üsuldan istifadə olunur sualı ilə müraciət edib:

“Bu xidmət sahələrinin olan adamların çıxışlarında götərilir ki, istilikdi, sudu və s. sahələrdə xərclər əhaliyə satdığımız qiymətdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, əgər xərclərin dəqiqləşdirilməsidirsə, indi olmasa da bu, sonrakı mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. 
 

Hansı ölkələrdə bizdəki qədər keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur. Bu suallar həddən artıq çoxdur. 


Açıq formada qeyd edirəm ki, nə rüsumlarla, nə də cərimələrlə büdcəni doldurmaq olmadığı kimi, belə şeylərin xərclərini də tamamlamaq olmayacaq. 

Biz dəfələrlə limitlərin aradan qaldırılması, xüsusilə, dağ kəndlərdə yaşayanlar üçün güzəştlərin edilməsi məsələsini qaldırmışdıq. Amma tərsinə belə bir məsələ gəlib. O insanlar qazın pulunu ödəyə bilmir, qazı bağlayır. Odun ala bilmir, həyətindəki ağacları kəsirlər. Bu nə məntiqdir ki, insan qazın pulunu verə bilmir ağacları kəsir ona deyəsən ki, sən işlətmədiyin qaza görə xərc ödəməlisən”.

Günay Şahmar, Bizim.Media

Chosen
10
bizim.media

1Sources