Mia.az saytına istinadən ain.az xəbər verir.
Təbriz VƏFALI
Azərbaycan İnformasiya Mərkəzinin direktoru
***
…Rəislə müavini ova gedirlər. Qarşılarına dovşan çıxır. Rəisin atdığı güllə heyvancığaza dəymir.
Qorxmuş dovşan arxasına baxmadan güllə kimi götürülür. Müavin əlini əlinə çırparaq deyir:
- Rəis, balalarım ölsün, əgər yalan deyirəmsə. Həyatımda ilk dəfədir gülləylə öldürülmüş dovşanın qaçdığını görürəm…
Uşaqlıq illərimdə külək güllələrini çox bəyənmişəm. Rus nağıllarında xoruz simvollu külək gülləsi barədə çox oxumuşam. Ağsaqqallarımızdan, ağbirçəklərimizdən həmin güllələr barədə çox məsəllər, rəvayətlər eşitmişəm. Hətta keçmiş SSRİ dövründə dönə-dönə, sevə-sevə izlədiyim və rus nağılları əsasında çəkilmiş əksər filmlərdə xoruz simvollu güllələr məni özünə heyran buraxmışdı. Ağacdan düzəldilmiş xoruz fiqurları evlərin üstündə fırlanan çarxların üzərinə qoyulardı. Külək hansı istiqamətdə əssəydi, sözügedən fiqurlar da o istiqamətə dönərdi.
Yeniyetməlik dövrümdə də xoruz simvollu külək güllələri mənim üçün memarlıq sənətinin şah əsəri idi.
Lakin illər keçdikcə, tələbəlik illərimdən üzübəri hər dəfə ikiüzlü, riyakar, yaltaq adamları gördükcə külək güllələrinə olan sevgim, marağım anbaan azalmağa başladı. Çünki yüksək vəzifəlilərin “əsdirdiyi küləklə” sağa, sola, qabağa, arxaya əyilib qalxanlar, bükülüb dikilənlər, pulun, “kreslo”nun əsiri olanlar mənim üçün müasir “külək güllələri”dir.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Yuxarı təbəqənin yanında “qul”, aşağı təbəqənin yanında “ağa” olan yaltaqlar həmişə cəmiyyətimizin üz qarası, ictimaiyyətimizin qarayarasıdır. Şəxsi və maddi maraqların təmin edilməsi üçün mənliyinin alçaldılmasına və ləyaqətinə xələl gətirilməsinə göz yuman yaltaqlar dövlətimiz və xalqımız üçün böyük bəla və riskdir. Bu səbəbədən də bəşəriyyətə virus kimi yoluxmuş yaltaqlığın Azərbaycanda uşaqlarımıza, yeniyetmələrimizə, gənclərimizə sirayət etməsinə imkan verməməliyik. Ona görə də uşaq bağçalarında, orta məktəblərdə “doğrunu doğru, əyrini əyri, pisi pis” prinsipi əsas götürülərək yaltaqlığın insani fəsadları barədə maarrifləndirmə və təbliğat işləri aparılmalıdır. Halal zəhmətlə, namusla, qanuni yolla, alın təri ilə pul qazanmağın, dolanışığın təmin edilməsinin insanı ucaldan mənəvi keyifyyət, həmçinin ən fövqəltəbii uğur və böyük şans olduğu uşaqlarımza sevgi və inamla aşılanmalıdır. Azyaşlılarımıza, həmçinin yeniyetmələrimizə yaltaqlığın heç bir zaman başucalığı gətirməyəcəyi izah edilməlidir. Azərbaycan İslam ölkəsi olduğu üçün yaltaqların Allah nəzərində böyük günah sahibi olduqları kütləvi şüura yeridilməlidir. Əks halda, sonra gec olacaq. Çünki güc və pul qarşısında qula çevriləcək, yaltaqlığı ən ümdə vəzifə, ən ali borc sayacaq gənclik xoşbəxt sabahın qurucuları, dövlətimizin firəvan gələcəyi və təminatçısı ola bilməyəcəklər.
MİA.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.