EN

İsrail yenidən İrana hücum etdi - Təbriz və Şiraz VURULDU

İsrail yenidən İrana hücum edib.

Modern.az xəbər verir ki, bu barədə İsrailin 12-ci kanalı məlumat yayıb.

Bildirilir ki, İsrail aviasiyası Təbriz hava limanına zərbələr endirib.

Həmçinin Təbrizdə yerləşən "Şekari" Hava Hücumundan Müdafiə Qərargahı hədəfə alınıb.

İranın "Mehr" agentliyi yazır ki, Təbrizdə yeni partlayışlar baş verib. Təbriz Hava Limanı ətrafında partlayışlar eşidilib.

Kanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şirazda raket istehsalı zavoduna da zərbələr endirir. Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" da təsdiqləyib.

 

Chosen
7
1
modern.az

2Sources