İsrail hazırda İranın Şiraz şəhərinə zərbələr endirir.
Bizim.Media xəbər verir ki, bu barədə İsrailin "Channel 12" telekanalı məlumat yayıb.
Qeyd edilib ki, İsrail Hərbi Hava Qüvvələri İranın cənubundakı Şirazda raket istehsalı zavoduna zərbələr endirir.
Məlumatı İranın Ali Milli Təhlükəsizlik Şurasına bağlı "Nour News" da təsdiqləyib.
Qeyd edək ki, bu gün gecə saatlarında İsrail İrana qarşı “Yüksələn aslan” kod adlı hərbi əməliyyata başlayıb.
Əməliyyat çərçivəsində paytaxt Tehrana və İranın nüvə obyektlərinə zərbələr endirilib. Hücumlar nəticəsində İranın bir sıra yüksəkrütbəli komandanları və nüvə enerjisi sahəsində ixtisaslaşmış alimləri məhv edilib. Buna cavab olaraq İran İsrailə 100-dən çox PUA buraxıb.
Bizim.Media