EN

Son dörd ildə azad edilmiş ərazilərdə 1239 layihəyə müsbət rəy verilib

2021-2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə 1239 layihəyə müsbət rəy verilib.

"Report"un Qarabağa ezam olunmuş müxbiri xəbər ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə Heyətinin sədri Mirsalam Qənbərov Xankəndidə keçirilən İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbəti iclasında deyib.

Onun sözlərinə görə, bu dövrdə ən çox Ağdamda layihələrin müsbət rəy aldığı müşahidə edilir:

"Ağdamda 228, Şuşada 159, Cəbrayılda 138, Zəngilanda 132, Füzulidə 118, Kəlbəcərdə 124, Laçında 110, Qubadlıda 82, Xocavənddə 55, Tərtərdə 27, Xocalıda 28, Ağdərədə 24, Xankəndidə 12, Əsgəranda isə 2 layihəyə müsbət rəy verilib".

Chosen
10
1
report.az

2Sources