BAKI, TurkicWorld
İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi ölkənin İranla mümkün tammiqyaslı silahlı qarşıdurmaya hazır olduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, bu barədə Netanyahunun müşaviri Dmitri Hendelman məlumat verib.
Hendelman bildirib ki, İsrail istənilən hadisə inkişafına hazırdır. Onun sözlərinə görə, ölkə öz hərbi qüvvələrinə güvənir, lakin eyni zamanda ABŞ da daxil olmaqla bütün müttəfiqləri ilə sıx əlaqədədir.
Xatırladaq ki, iyunun 13-də baş vermiş hücumun ardından İran Silahlı Qüvvələrinin Baş Qərargahı bəyan edib ki, Tehranın İsrailə qarşı cavab tədbirlərində heç bir məhdudiyyəti yoxdur.
Hazırkı gərginlik fonunda regionda müharibə ehtimalı daha da artmaqdadır.