EN

İsrailin İrana zərbəsi: nüvə savaşı yaxınlaşdı? - NATO

NATO İsrailin İrana zərbə endirməsi nəticəsində dünyanın nüvə müharibəsinə yaxınlaşdığını hesab etmir.

Axar.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Mark Rutte İsrailin İrana zərbəsindən sonra dünyanın nüvə müharibəsinə daha yaxın olub-olmaması sualına cavab verərkən deyib.

“Yox, yox, biz orada deyilik. Bütün NATO ölkəsi artıq gərginliyin azaldılması üzərində işləyir”, - o bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Chosen
37
3
axar.az

10Sources