EN

Qarşıda çətin günlər var, başqa seçimimiz yoxdur - İsrail XİN rəhbəri

İsrailin xarici işlər naziri Gideon Saar İrana edilən hücumlar barədə danışıb.

Publika.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

"Biz bu qərarı mümkün olan son anda, bütün digər yollar tükəndikdən sonra verdik. Bütün dünya gördü və başa düşdü ki, iranlılar dayanmağa hazır deyillər və biz onları dayandırmalı olduq. MAQATE-nin son hesabatı İranın ciddi pozuntularını nümayiş etdirdi. Bilirik ki, qarşıda çətin günlər var, başqa seçimimiz yoxdur", - nazir qeyd edib.

Chosen
21
publika.az

1Sources