Bakı. Trend:
İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəməprosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorunsuallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanıqondarma qurumun “prezidenti” Arayik Harutyunyanın istəyi ilə birneçə istiqamətdə olduğunu bildirib.
Trend xəbərverir ki, o, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddəolduğunu söyləyib.
A.Harutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də,yaxud 4-də (dəqiq günü xatırlamır – red.) ona müraciət edərəktəhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli “hakimiyyətorqanları”na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağıistəyib. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlıHadrut, Suqovuşan və digər istiqamətlərdə olub.
Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlükmüharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinifotağında hərbi müşavirə keçirildiyi görünür.
Videokadrlarda Levon Mnatsakanyan da görünür.
Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş “müdafiənaziri”, keçmiş “təhlükəsizlik şurasının katibi” – red.) keçirir.Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir.Samvel Babayan bildirir ki, “orada xəritədə minalanmış sahə var,həmin o minalanmış sahə ilə keçməyin, partlayar”. O, daha sonradeyir: “Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1,5kilometrdir. Oradan “karyer”lə yol var. Həmin yol bağlanmalıdır.Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkıfəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağıntaleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyiasılıdır. Nə dediyimi başa düşürsünüz...
...Kim hansı tapşırığı alırsa o tapşırığı da icra etməlidir.Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizəlazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-dabiz orda oluruq. Heç kim geçikmir. Otururuq 1 saat nəzarət edirik,baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başadüşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyibir-birinizə vermisiniz?”.
Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorunsuallarını cavablandırarkən müşavirədəki müzakirlərdə iştiraketmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baştutmadığını bildirib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.