EN

“Rusiya ilə sülh olmayacaq” “Uzun və gərgin qarşıdurmaya hazır olmalıyıq”

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiya ilə sülühün əldə olunması mümkünsüzdür.

“AzPolitika” xəbər verir ki, bunu ABŞ Prezidentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Çexiyada keçirilən GLOBSEC-2025 forumundakı çıxışında deyib.

Lakin eyni zamanda o, Kremlə maliyyə təzyiqinin artırılması şərti ilə atəşkəsin mümkünlüyünə inanır: "Düşünürəm ki, aramızda sülh olmayacaq. Nazirlə razıyam: atəşkəs ola bilər. Amma ora çatmaq üçün Putinin maliyyəsini "boğmaq" lazımdır ki, onun Rusiya dövlətini saxlaması və müharibə aparması çox çətin olsun".

Volker hesab edir ki, ABŞ amerikalı vergi ödəyicilərinə əlavə yük olmadan, hətta ödənişli əsaslarla belə Ukraynaya stabil silah tədarükünü təmin etməlidir. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp bunda əsas rol oynaya bilər.

Volker vurğulayıb ki, Ukraynanın müdafiə qabiliyyətinin mümkün qədər tez gücləndirilməsi vacibdir, çünki Rusiya öz mövqelərini yenidən toparlamağa və gücləndirməyə çalışır: “Heç kim Rusiyaya hücum etməyəcək və ya Moskvanı ələ keçirməyəcək, lakin biz Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı uzun və gərgin qarşıdurmaya hazır olmalıyıq”.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

ABŞ Senatında müzakirə edilən yeni sanksiyalar paketindən danışan Volker, keçmiş ABŞ prezidenti Co Bayden administrasiyasının əvvəlki yanaşmalarını tənqid edib.

"Müharibənin ilk üç ilində sanksiyalarda istisnalar var idi - xüsusən enerji üçün Rusiya banklarına ödənişlər. Bu, Putinə ciddi iqtisadi təzyiqlər yaşamamağa imkan verdi", - Volker bildirib.

O əlavə edib ki, yeni paketdə mühüm dəyişikliklər var. Bu paket əsas sanksiyaları saxlayır, "kölgə donanması"na məhdudiyyətlər qoyur, istisnaları ləğv edir və Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlərə cəza tətbiq edir.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
32
azpolitika.info

1Sources