Avropa Liqasında mübarizə aparacaq "Sabah"ın futbolçusu Seymur Məmmədov əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
22 yaşlı yarımmüdafiəçi ikitərəfli qasıq yırtığı diaqnozu ilə Türkiyədəki klinikalardan birində cərrahi müdaxiləyə məruz qalıb.
Onun əməliyyatı uğurla keçib.
Qeyd edək ki, Seymur Məmmədov 2024/2025 mövsümündə "Sabah"ın heyətində 10 oyunda forma geyinib.