EN

Azərbaycan millisi DÇ-nin 1/8 finalında

Moskvada incəsənət xadimləri arasında dünya çempionatı - "Art-Futbol 2025" turniri davam edir.

Fanat.Az-ın məlumatına görə, sıralarında "Şəmkir"in baş məşqçisi Vüqar Nadirovun da yer aldığı (hər komandada 3 veteran futbolçunun oynamasına icazə verilir) komandamız uğurlu çıxışla yadda qalıb.

Belə ki, Rusiya, Qazaxıstan və Paraqvayla eyni qrupda mübarizə aparan azərbaycanlılar 6 xal toplayaraq lider qismində növbəti mərhələyə yüksəliblər. Təmsilçimiz 1/8 finalda Macarıstanla qarşılaşacaq.

Qeyd edək ki, iyunun 7-də start götürən turnir iyunun 15-də başa çatacaq. 

Nihat

Chosen
12
1
fanat.az

2Sources