EN

“Şamaxı” klubu Azərbaycan millisinin futbolçusu ilə yollarını ayırıb

Bakı, 13 iyun, AZƏRTAC

“Şamaxı” komandası Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovla yollarını ayırıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, icarə müqaviləsi başa çatan oyunçu məxsus olduğu Bolqarıstan təmsilçisi “Arda”ya qayıdıb.

Mərkəz müdafiəçisi 2024-cü ilin dekabr ayından bölgə təmsilçisində çıxış edirdi.

 

 

Chosen
37
azertag.az

1Sources