Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Prezidentinin imzaladığı Fərmanı ilə şəhid ailələri, Qarabağ əlillərinin, 20 Yanvar hadisələri zamanı əlil olan və onlara bərabər tutulan şəxslərin təqaüd və müavinətləri artırılıb.
Qaziler.az xəbər verir ki, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyev bununla bağlı qazilər adından Prezidentə öz minnətdarlığını bilririb.
"Prezidentin bu Fərmanını sevinclə qarşıladıq. Əslində bu, gözlənilən idi. Çünki cənab Prezident vaxtaşırı müharibə əlillərinin, şəhid ailələrinin, veteranlarların sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq addımlar atır. Qarabağ qaziləri olaraq biz bu addımı yüksək qiymətləndiririk. Müzəffər Ali Baş Komandanımıza "Qarabağ qaziləri" ictimai birliyi adından təşəkkürümüzü bildiririk. Dövlət idarəçiliyində, Azərbaycanın inkişağı naminə gördüyü işlərdə ona uğurlar arzulayırıq. Ümid edirik ki, Prezidentimizin şəhid ailələrinə, qazilərə bu diqqət və qayğı siyasəti artan xətt üzrə davam edəcək", - deyə Asəf Əliyev bildirib.
Xatırladaq ki, Fərmana əsasən, 2025-ci il iyulun 1-dən əlillik Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar səbəblərdən baş verdikdə əlilliyə görə müavinət orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 270 manatdan 300 manata, orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 220 manatdan 250 manata, orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər üçün 150 manatdan 180 manata qaldırılıb.
QAZİLER.AZ