EN

Qanı toksinlərdən təmizləyən sadə qidalarhansılardır?

Qan orqanizmdə təbii olaraq qaraciyər, böyrəklər və limfa sistemi vasitəsilə təmizlənsə də, bu prosesi dəstəkləyən bəzi faydalı qidalar mövcuddur.

Redaktor.az xəbər verir ki, bu barədə Dövlət Təhsil Universitetinin Təbiət Elmləri fakültəsinin dekanı vəzifəsini icra edən bioloq İrina Lyalina jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, qanın toksinlərdən təmizlənməsində ən önəmli rol tərəvəz və göyərtiyə məxsusdur. Məsələn, çuğundur qaraciyərin fəaliyyətini dəstəkləyir və hematopoezi (qan yaranması) yaxşılaşdırır. Brokoli və digər xaççiçəkli tərəvəzlər qaraciyərin detoks fermentlərini aktivləşdirir. İspanaq və digər yarpaqlı göyərtilər isə xlorofil tərkibi ilə toksinləri bağlayıb orqanizmdən çıxarmağa kömək edir. Sarımsaqda olan kükürd isə həm qaraciyər, həm də immun sisteminin funksiyalarını dəstəkləyir.

Bioloq qeyd edib ki, meyvə və giləmeyvələr də az faydalı deyil. Alma, zoğal, moruq və limon pektin və antioksidant tərkibləri ilə bağırsaqlarda toksinləri bağlamağa, hüceyrələri isə oksidləşmədən qorumağa kömək edir. Taxıl və toxumlardan isə yulaf (xüsusilə yulaf əzməsi və jel) qaraciyərə düşən yükü azaldır, kətan toxumu isə omeqa-3 və lif tərkibi ilə toksinlərin orqanizmdən çıxarılmasına dəstək verir.

Lyalina əlavə edib ki, sarıkök, zəncəfil və yaşıl çay da bu baxımdan çox faydalıdır. Sarıkök öd istehsalını stimullaşdırır və antioksidant təsir göstərir, zəncəfil qan dövranını və həzmi yaxşılaşdırır, yaşıl çay isə qaraciyəri qoruyan katexinlərlə zəngindir. O, həmçinin təmiz suyun orqanizm və xüsusilə böyrəklər üçün toksinlərin çıxarılmasında əvəzolunmaz rol oynadığını vurğulayıb.

Aytəkin TOFİQQIZI

Chosen
31
redaktor.az

1Sources