BAKI,TurkicWorld
İstanbulda keçirilən genişmiqyaslı narkotik əməliyyatı nəticəsində 2 milyon 535 min 680 ədəd narkotik tərkibli həb ələ keçirilib, üç nəfərin saxlanılıb.
TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya X sosial media hesabından paylaşım edib.
İki fərqli ünvana, bir iş yerinə və narkotik istehsal obyektinə eyni vaxtda reyd keçirilib
Reyd zamanı təkcə hazır narkotik həblər deyil, həm də onların istehsalında istifadə olunan xammal maddələr və istehsal cihazları da müsadirə edilib.
Ali Yerlikaya açıqlamasında İstanbul valiliyi, prokurorluqlar, polis rəhbərləri və əməliyyatda iştirak edən bütün əməkdaşlara təşəkkür edib.
O vurğulayıb ki, narkotiklə mübarizə təkcə təhlükəsizlik deyil, cəmiyyətin sağlamlığı və ölkənin gələcəyi baxımından strateji məsələdir.
“Zəhər tacirlərinə nəfəs almağa imkan vermirik. Övladlarımızın gələcəyini qaraltmalarına icazə verməyəcəyik!” – deyə Yerlikaya bildirib.