EN

50 000 AZN-dək limitli və 24 ayadək müddətli kredit kartı əldə etmək mümkündür

"Xalq Bank" ASC müştərilərinə gündəlik maliyyə ehtiyaclarını qarşılamaq üçün sərfəli şərtlərlə kredit kartı təklif edir

Finss.az xəbər verir ki, bankdan verilən məlumata görə, bu kartla istifadəçilərə 50 000 AZN-dək kredit limiti, 24 ayadək istifadə müddəti və 12–18% aralığında illik faiz dərəcəsi təqdim olunur.

Xüsusilə diqqətçəkən məqamlardan biri də 35 günədək faizsiz kredit imkanıdır. Belə ki, istifadə olunan məbləğ növbəti ayın 5-dək tam şəkildə qaytarıldıqda, kart sahibindən heç bir faiz tutulmur. Kart vasitəsilə həm onlayn platformalarda, həm də ticarət mərkəzlərində alış-veriş etmək, eləcə də vəsaiti nağdlaşdırmaq mümkündür.

Bank nümayəndələri bu məhsulun müasir həyat tərzinə uyğun olaraq rahatlıq, çeviklik və büdcəyə uyğun idarəetmə imkanı verdiyini vurğulayırlar.

Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/kredit-karti

Fuad Mədətov
Finss.az

Chosen
57
fins.az

1Sources