EN

Çexiya kibertəhlükəsizlik tədbirlərini gücləndirir

Praqa, 13 iyun, AZƏRTAC

Bu gün Çexiya Senatı tərəfindən təsdiq edilmiş “Kibertəhlükəsizlik haqqında” Qanun layihəsi dövlət təhlükəsizliyinə təhdid yaradan texnologiyalardan istifadəni qadağan etməyə imkan verir.

AZƏRTAC xəbər verir ki, yeni qaydalar dövlətə texnologiya tədarük edən şirkətlərin hərtərəfli yoxlamadan keçirilməsini nəzərdə tutur.

Qanuna görə, yalnız kritik infrastrukturun ən mühüm seqmentləri üçün təchizat zəncirləri xüsusi yoxlamaya məruz qalmalıdır. Amma hökumətin müəyyən növ texnologiyaların istifadəsinə mümkün qadağanı genişləndirmək hüququ var. Məhz Nazirlər Kabineti strateji xidmət növlərini müəyyən edir və təkcə texnologiya təchizatçılarının deyil, həm də onların gəldiyi ölkələrin təhlükəsizlik səviyyəsini qiymətləndirir.

Tənzimləmə yuxarıda qeyd olunan “Kibertəhlükəsizlik haqqında” Qanunun əhatə etdiyi səlahiyyət çərçivəsinin və konkret şəxslərin əhatə dairəsinin genişləndirilməsini nəzərdə tutur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

 

Chosen
6
1
azertag.az

2Sources