EN

Depozit sahiblərinə 90%-dək məbləğdə kredit verilir

"Xalq Bank" ASC müştərilərinə yeni maliyyə imkanı təqdim edir – bankda depoziti olan şəxslər əmanət məbləğinin 90%-dək nağd kredit əldə edə bilərlər.

Finss.az xəbər verir ki, kredit, bankın “Müddətli”, “Proqress” və “VİP-Rantye” əmanət növləri üzrə yerləşdirilən depozitlər əsasında təqdim olunur.

Bankdan verilən məlumata görə, kreditin müddəti 48 ayadək, illik faiz dərəcəsi isə əmanətin faizinə əlavə olaraq 2% və ya 4% təşkil edir. Əgər təminat xarici valyutada yerləşdirilən əmanətdirsə, bu zaman kredit üzrə illik faiz dərəcəsi 11% müəyyən olunur.

Bu məhsul, xüsusilə, vəsaitini bankda saxlayaraq əlavə likvidlik axtaran müştərilər üçün əlverişli və risksiz həll hesab olunur. Bank nümayəndələri bu kreditin həm əmanətin qorunmasına, həm də müştərinin maliyyə çevikliyinin artırılmasına xidmət etdiyini bildirirlər.

Ətraflı məlumat üçün: //www.xalqbank.az/az/ferdi/kreditler/emanet-teminatli-kredit

Fuad Mədətov
Finss.az

Chosen
48
fins.az

1Sources