Bakıda Akrobatika gimnastikası üzrə Dünya kuboku turnirinin açılış mərasimi keçirilib.
“Report” xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə start götürüb.
Ardınca yarışlara start verilib. İlk olaraq Azərbaycanın qrup hərəkətləri komandası arenaya dəvət olunub.
Qeyd edək ki, Dünya kubokuna iyunun 15-də yekun vurulacaq.