Bu gün Azərbaycan vətəndaşı İrəvandakı Zvartnots Beynəlxalq Hava Limanına enib.
Modern.az xəbər verir ki, bu barədə ArmLur.am məlumat yayıb.
“Hazırda onun Ermənistana gəlişinin şəraiti və səbəbləri araşdırılır”, - sayt yazıb.
Məlumata görə, Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) Azərbaycan vətəndaşının ölkəyə nə üçün və hansı şəraitdə gəlməsini müəyyən etmək üçün araşdırmalara başlayıb.
MTN-nin mətbuat xidmətindən bildiriblər ki, yaxın vaxtlarda bu hadisə ilə bağlı rəsmi məlumat və izahat veriləcək.