EN

“İran hərəkətlərini davam etdirərsə, daha ağır bədəl ödəyəcək” - İsrailin müdafiə naziri

“İsrail İranın hərbi və nüvə obyektlərinə hava zərbələri endirdikdən sonra öz düşmənlərini də aradan qaldıracaq”.

Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.

"İsraili məhv etmək planının irəliləyişində iştirak etmiş İnqilab Keşikçiləri Korpusunun yüksək rütbəli komandirləri, İran ordusu və nüvə alimlərinin dəqiq hədəfə alınması güclü və aydın mesaj verir ki, ölkəmizin məhvi üçün çalışanlar məhv ediləcək", - deyə siyasətçi bildirib.

Katz xəbərdarlıq edib ki, İran İsrailə qarşı təcavüzkar hərəkətlərini davam etdirdikcə, daha ağır bədəl ödəyəcək.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
44
missiya.az

1Sources