EN

Elman Nəsirov: “Qonşuda yanğın varsa, heç bir halda digər qonşular rahat ola bilməzlər”

ain.az, Pravda.az portalına istinadən məlumatı açıqlayır.

“İsrail-İran arasındakı hərbi toqquşmanın qarşısı vaxtında alınmasa, dinc tənzimlənmə mexanizmləri tapılmasa, müharibənin miqyası çox genişlənə bilər. Söhbət Fars körfəzi regionundan - dünyanın əsas enerji mənbələrindən birinin cəmləşdiyi regiondan gedir. Bu müharibənin enerji bazarına çox mənfi, kəskin təsirləri ola bilər. Dünya enerji bazarında qiymətlərin sıçrayışı gözləniləndir. Artıq bəllidir ki, İsrail İrana qarşı hərbi əməliyyatlara başlayandan dərhal sonra dünya bazarında qazın qiymətində 4,5% artım qeydə alınıb. Min kubmetr qazın qiyməti indi 453 dollara yüksəlib. Bir barrel neftin qiyməti isə bu ilin yanvar ayından sonra ilk dəfə 78 dollara yüksəlib. Bu da, təxminən, 11,6% artım deməkdir. Təbii ki, bu hələ başlanğıcdır. Regionda çox ciddi fəlakətlərin baş verməsinin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurası fəal addımlar atmalıdır. Eyni zamanda ABŞ, Rusiya, ümumiyyətlə, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bu məsələ ilə bağlı çox ciddi müzakirələr təşkil etməli, eskalasiyanın qarşısının alınmasına töhfə verən addımlar atmalıdırlar”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“İran mətbuatı, təxminən, 60-dan artıq lokasiya üzrə zərbələr endirildiyi haqda məlumatlar verir. Bu zərbələr İranın nüvə obyektlərinə, digər strateji hərbi infrastrukturlarına qarşı həyata keçirilib. Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb və bəyanatda vurğulanıb ki, Azərbaycan dövləti İran və İsrail dövlətləri arasında yaranmış bu konfliktin sülh yolu ilə, diplomatik üsullarla tənzimlənməsini dəstəkləyir, hadisələrin bu cür mürəkkəb ssenari üzrə inkişafını pisləyir, İsrail və İran arasındakı qarşıdurmanın həlli istiqamətində mümkün diplomatik təsir mexanizmləri tapılacağına, proseslərin dinc yolla tənzimlənəcəyinə ümidini ifadə edir. Bu, Azərbaycan dövlətinin mövqeyidir. XİN xüsusilə vurğulayıb ki, mülki əhalinin və obyektlərin təhlükəsizliyinin əhəmiyyəti olduqca vacibdir. Bu məsələyə xüsusi diqqət çəkib. Şübhəsiz ki, söhbət qonşu İran ərazisindən gedir. Qonşuda yanğın varsa, heç bir halda digər qonşular rahat ola bilməzlər. Nəzərə alsaq ki, İran ərazisində 40 milyona qədər soydaşımız yaşayır. Bütün bu reallıqlar fonunda Azərbaycan dövləti tezliklə İsrail-İran qarşıdurmasının həllini, toqquşmanın sülh yolu ilə tənzimləməsini istəyir. Ümid edirik ki, beynəlxalq güclər bu məsələdə konkret mövqelərini ortaya qoyacaqlar”, - E.Nəsirov bildirib.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
1
pravda.az

2Sources