EN

Avtobusda yaşlı qadının hücumuna məruz qalan Çingiz dünya ulduzuna çevirilir

ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Qazaxıstandan olan Çingiz Alqazin yaşadığı qeyri-adi hadisə nəticəsində dünya səviyyəli model agentliyi ilə müqavilə imzalayıb. 

Qaynarinfo xəbər verir ki, 2024-cü ilin əvvəlində Almatıda ictimai avtobusda baş verən insident gəncin həyatını tamamilə dəyişib.

Çingiz avtobusda özünü videoya çəkərkən, yaxınlıqda əyləşən yaşlı qadın onun məhz özünü çəkdiyini zənn edərək, çantasını çırpmaqla cəzalandırmağa çalışıb. Gənc bu gözlənilməz toqquşmanın görüntülərini sosial şəbəkələrdə yayımlayıb.

Sosial şəbəkələrdə sürətlə yayılan bu video Çingizin xarici görünüşünü bəyənən "Mulan" adlı Qazaxıstan model agentliyinin diqqətini çəkib. Gəncə agentlikdən təklif göndərilib, o isə bu fürsəti dəyərləndirərək təlim keçib və model kimi fəaliyyətə başlayıb.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Yaxın günlərdə 22 yaşlı Almatı sakini dünyanın ən məşhur model agentliklərindən biri olan "IMG Models" ilə müqavilə imzalayıb. Sözügedən agentlik Bella və Gigi Hadid bacıları, Haydi Klum və Keyt Moss kimi dünyaca tanınmış simaları təmsil edir.

Çingiz bildirib ki, bu cür irəliləyiş onun üçün gözlənilməz olub: "Çox təəccübləndim. Hazırda viza prosesindəyəm və sentyabrda artıq Milan və ya Paris podiumlarında yer alacağam".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
30
3
qaynarinfo.az

4Sources