Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Cəlilabadda sahibsiz küçə itləri problemi sakinləri narahat edir. Artıq bu problem illərdir ki yaşanır.
Sakinlərin Oxu.Az-a verdikləri məlumata görə, bu problem daha çox Cəlilabad rayonunun mərkəzindədir. Belə ki, itlər gecə vaxtı sürü halında gəzirlər. Bu səbəbdən də küçəyə çıxmaq çətinləşib, eləcə də məktəblilər dərsə getməyə qorxurlar.
Rayon sakinləri qeyd edirlər ki, demək olar ki, hər gün it dişləmə hadisəsi baş verir. Onlar dəfələrlə problem ilə bağlı aidiyyəti qurumlara müraciət etsələrdə, nəticəsi yoxdur.
Problem ilə bağlı olaraq Cəlilabad Rayon Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri İdarəsindən bildirilib ki, qurum yalnız sahibləri bəlli olan itlərin vaksinasiyasını apara bilir.
Məsələ ilə bağlı Cəlilabad şəhər ərazi dairəsi üzrə nümayəndəlikdən bildirilib ki, sözügedən problem ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Hal-hazırda problemin həlli istiqamətində işlər aparılır.
if (!$ISMOBILE) : ?>
if ($GETCOUNTRY == 'RU'): ?>
else:?>
endif;?>
include(__DIR__.'/320x100.php');?>
Qeyd edək ki, bizə məlum olan ölümlə nəticələnən sonuncu it dişləmə faktı Cəlilabad rayonunda 2023-cü ildə qeydə alınıb. Belə ki, şəhərin R.Nəsirov küçəsində, mağazadan evə qayıdan bacısına sahibsiz itin hücum etdiyini görən 11 yaşlı Zülfiyyə Rzayeva onu xilas etməyə çalışıb. Nəticədə çoxsaylı xəsarətlər alan Z.Rzayeva təcili xəstəxanaya çatdırılıb. Ona quduzluq əleyhinə vaksin vurularaq yaraları tikilib.
Azyaşlı bir neçə gün müalicə aldıqdan sonra xəstəxanada qəfil dünyasını dəyişib.
Ümid edirik ki, daha bir belə faciəvi hadisənin baş verməməsi üçün qurumlar hərəkətə keçəcəklər.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.