EN

İsrail hava zərbələri nəticəsində ölən iranlı komandirlərin sayını açıqlayıb

İsrail respublikaya endirdiyi zərbələr nəticəsində azı 20 yüksək rütbəli İran komandirini məhv edib. Bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələri və Aerokosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə həlak olanlar arasındadır.

Bundan əvvəl yəhudi dövlətinin zabitləri müdafiə naziri İsrael Katsa bildirmişdilər ki, İsrailin İrandakı hədəflərə endirdiyi zərbələr nəticəsində İran Hərbi Hava Qüvvələri komandirlərinin əksəriyyəti məhv edilib.

İyunun 13-də İsrail SEPAH-ın Tehrandakı qərargahına və İranın nüvə proqramının əsas obyektlərinə zərbələr endirib. SEPAH komandiri Hüseyn Salami və bir neçə nüvə alimi məhv edilib. İsrailin baş naziri Benyamin Netanyahu hücumun İranın nüvə infrastrukturuna qarşı yönəldiyini təsdiqləyib.

Almaz Həsənli

Chosen
51
oxumeni.az

1Sources