EN

Rusiya PUA-lara qarşı lazer sistemlərini SINAQDAN KEÇİRDİ – VİDEO

Rusiya pilotsuz təyyarələrə qarşı lazer sistemlərini sınaqdan keçirib.

İnterpress.az  xəbər verir ki, bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

İdarədən bildirilib ki, tədbir Hərbi-Sənaye Kompleksinin İdarə Heyəti və Rusiyanın Sənaye və Ticarət Nazirliyi tərəfindən müdafiə sənayesinin aparıcı müəssisələrinin iştirakı ilə təşkil olunub.

Sınaq zamanı sistemlərin hərəkətdə olan hava hədəflərinə istiqamətləndirilməsinin düzgünlüyü, məsafəsi, reaksiya sürəti, eləcə də müxtəlif hava şəraitinə davamlılığı yoxlanılıb.

Sınaqlarda müxtəlif gücə malik PUA-lara qarşı mübarizə aparan 8 sistem – yığcam mobil qurğulardan tutmuş stasionar yüksək enerjili sistemlərə qədər məlumat əldə etməyə imkan yaradıb.

Xuraman Etibarlı

İnterpress.az 

Chosen
22
interpress.az

1Sources