EN

Tramp: "İrana daha çox zərbə vurulacaq"

O bu barədə "ABC News" telekanalına telefonlamüsahibəsindədanışıb. O, "İrana hələ daha çox zərbə vurulacağını" diqqətə çatdırıb.

"Zənnimcə, bu, əla alındı. Onlara şans verdik, amma qiymətləndirmədilər. Çox ağır zərbələrə tuş gəldilər. Davamı da gələcək",- ABŞ lideri vurğulayıb.

Maraqlıdır ki, o, hücumlaraABŞ-nin dəstək verib-vermədiyibarədə suala isə cavab vermək istəməyib.
Reuters:"İranın ən azı 20 komandiri ölüb"

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinə məxsus 200-dən çox təyyarə bu gün səhər saatlarında İrana genişmiqyaslı aviazərbələr endirib. Əməliyyat nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri, İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami və "Xətam Əl-Ənbiya" qoşunlarının komandiri Qulam Əli Rəşid, habelə başqaları həyatlarını itiriblər. İran Ordusu bu hücuma cavabən İsrail ərazisinə 100-dən çox pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirməyə cəhd göstərib.

Firudin Həmidli
AzVision.az
Chosen
53
1
azvision.az

2Sources