9-12 iyun tarixlərində Abşeron rayonunun Saray qəsəbəsində yerləşən "Saray MTK" yaşayış kompleksindəki mənzillərin birindən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Moderator.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə 13-cü mərtəbədə yerləşən mənzildə qeydə alınıb.
Polis tərəfindən keçirilən tədbirlərlə oğurluğun qonşu tərəfindən törədildiyi müəyyən olunub və o saxlanılıb.
Məlum olub ki, 32 yaşlı Teymur Əliyev həmin mənzilə balkon vasitəsilə daxil olaraq oğurluq edib və hadisə yerindən izi itirməyə çalışıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.