BAKI, 13 iyun. TELEQRAF
İsrailin hücumları zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə də daxil olmaqla azı 20 yüksək rütbəli hərbçi öldürülüb.
Teleqraf xəbər verir ki, öldürülən şəxslərdən bəzilərinin adları açıqlanmayıb.
İsrailin hava hücumu zamanı öldürülən yüksək rütbəli İran rəsmiləri:
İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri
İranın Ali Rəhbəri Seyid Əli Xameneinin müşaviri Əli Şamxani
İran Silahlı Qüvvələrinin “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid
İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə.
Nüvə alimləri:
Məhəmməd Mehdi Tehrançi
Fereydun Abbasi
Əbdülhəmid Minüçöhr
Əhmədrza Zülfüqari
Seyid Əmirhüseyn Fəqhi
Mətləbizadə.