EN

Reza Pəhləvi xalqı üsyana çağırıb

İranın son şahının sürgündə olan oğlu və müxalifət liderlərindən biri Reza Pəhləvi İsrailin İrana qarşı zərbələrindən sonra ölkənin ali rəhbəri Ayətullah Əli Xameneiyə qarşı üsyana çağırıb.

O, X sosial şəbəkəsində yaydığı bəyanatda Xameneini İranı xalqın istəmədiyi bir müharibəyə sürükləməkdə ittiham edib.

“Xamenei — İran əleyhinə olan bu rejimin axmaq lideri — ölkəmizi yenidən bizə aid olmayan bir müharibəyə sürükləyib,” —  o yazıb.

“Mənim orduya, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə mesajım aydındır: bu rejim və onun korrupsiyalaşmış, səriştəsiz rəhbərliyi nə sizin həyatınızı, nə də İranı dəyərləndirir. Onlardan uzaq durun və xalqa qoşulun,” — Pəhləvi bildirib.

O, iranlıları ümummilli etirazlar və tətil vasitəsilə İslam Respublikasını devirməyə çağırıb.

Chosen
42
anews.az

1Sources