EN

"Putin heç vaxt sülh razılaşmasına getməyəcək" - Kurt Volker

 
"ABŞ-ın keçmiş xüsusi nümayəndəsi müharibənin necə dayandırıla biləcəyini izah edir..."
 
Rusiya prezidenti Vladimir Putin heç vaxt Ukrayna ilə sülh razılaşmasına getməyəcək.
 
Moderator.az xəbər verir ki, bu fikri ABŞ Dövlət Departamentinin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi, Avropa Siyasətinin Təhlili Mərkəzinin fəxri əməkdaşı Kurt Volker bildirib. Məlumatı "sensor.net" nəşri yayıb.
 
 
Onun sözlərinə görə, dünya birliyi Ukraynada atəşkəsin əldə olunması üçün israr etməyə davam etməlidir. O, qeyd edib ki, atəşkəs real hədəfdir və əgər ikincili sanksiyalar tətbiq olunarsa, neftin qiymətləri aşağı salınarsa, bu, Putinin maliyyə imkanlarını zəiflədə və onu atəşkəsə razı qalmağa məcbur edə bilər. Amma sülh razılaşmasına Putin heç vaxt imza atmayacaq, çünki o, heç vaxt razı qalmır və həmişə daha çox şey tələb edir.
 
Volkerin fikrincə, nəticədə tərəflər "atəşkəs və çəkindirmə" modelinə yaxın bir vəziyyətə çata bilər. Ukrayna bu mərhələdə təhlükəsizlik təminatları əldə edəcək, iqtisadiyyatını bərpa edəcək, Avropa İttifaqına inteqrasiya yolunda dəstək alacaq.
 
Onun sözlərinə görə, əsas məsələ Ukraynanı mümkün qədər tez gücləndirmək və dayanıqlı etmək olacaq. Gələcəkdə Rusiyanın yeni hücumlarının qarşısını almaq üçün bütün zəruri tədbirlər görülməlidir. Lakin Volker hesab edir ki, Ukrayna ilə Rusiya arasında heç vaxt rəsmi bir sülh müqaviləsi imzalanmayacaq.
 
Eyni zamanda o, vurğulayıb ki, Ukrayna öz ərazilərinin hər hansı bir hissəsinin Rusiya tərəfindən işğalını qanuni olaraq tanımamalıdır. Onun fikrincə, bu münaqişə nə hərbi yolla həll oluna bilər, nə də Rusiya işğalı heç vaxt beynəlxalq hüquq baxımından qəbul edilə bilər.
 
Ukrayna müharibəsi ilə bağlı digər açıqlamalar
 
ABŞ prezidenti bildirib ki, o, təkcə Rusiya deyil, Ukraynanın davranışından da dərin məyusluq hissi keçirir. Onun sözlərinə görə, tərəflər çoxdan razılaşmaya gələ bilərdilər.
 
Bu arada Almaniya müdafiə naziri Boris Pistorius Ukraynaya səfər edib. Səfəri zamanı o, Ukraynanın gələcəyinin NATO ilə sıx bağlı olduğunu bəyan edib. Lakin nazir əlavə edib ki, iyun ayında Haaqada keçiriləcək NATO sammitində Ukrayna məsələsinin konkret necə ifadə olunacağı barədə hələlik dəqiq fikir söyləmək çətindir.
Chosen
21
moderator.az

1Sources